Sosial mediada Azərbaycanla bağlı qərəz dolu, saxta məlumatlarla bəzədilmiş sərt ittihamlar səsləndirən şəbəkənin daha bir üzvü Cahit Tuz adlı biri son dövrdəki fəaliyyəti ilə diqqət cəb edib.
Faktyoxla haqqımızda xoşagəlməz imic yaratmağa cəhd edən məlum şəbəkənin üzvünün kimliyini və neqativ fəaliyyətini araşdırıb.
Əvvəlcə onu qeyd edək ki, Cahit Tuzun kimliyini araşdırarkən ziddiyyətli məqamlarla rastlaşdıq. C.Tuz özünün “X” hesabında bildirib ki, o, Bitlisin Hizan rayonunun Yamaçlı məhəlləsindəndir.

Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, bu məhəllə Bitlisin Hizan rayonunun Karbastı kəndinin bir məhəlləsidir. Kəndin əvvəlki adı isə 1928-ci ilə kimi Korsunç (ya da Kursinç) olub.

Mənbələrdə əvvəllər kənddə ermənilərin çoxluq təşkil etdiyi qeyd olunur.
Cahit Tuz Mərmərə Universiteti siyasi elmlər fakültəsində dövlət idarəetməsi üzrə magistr pilləsində təhsil alıb. Bir müddət Türkiyə Respublikası Baş nazirliyinə bağlı media mərkəzində müşavir və xarici işlər nazirliyində Yaxın Şərq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. Yaxın Şərq ölkələri ilə isti münasibətləri olan, "Türk-Ərəb Media Dərnəyi" adlı qeyri-hökumət təşkilatının sədr müavini olan Cahit Tuz tez-tez ərəb televiziya kanallarına ekspert kimi dəvət olunur.
Türkiyədə ərəb dünyası ilə əlaqəli işləyən "Okkaz investment", "Al Halic Grup" kimi şirkətlərin təsisçisi olan Cahit Tuz son bir neçə ildir ki, İngiltərədə yaşayır. Bu haqda İranın "Mehr Nyus" xəbər portalında dərc olunan məqalədə qeyd olunub.
İngiltərənin yemək brendlərindən "Giotto İtaliya"nın Türkiyə şöbələrinin distributorluğunu alan C.Tuz Birləşmiş Krallığında "Biowoow organics" adlı qida şirkətini də yaradıb.
Bu şəxsin “Facebook” və “X” hesablarına nəzər saldığımız zaman görürük ki, o, “Nurçuluq” təriqətinin qatı tərəfdarı olduğunu gizlətmir, tez-tez Səid Nursidən sitatlar gətirir, hətta bəzən "Səid Nursi necə düz deyib müsəlman olmayan türk türk deyil" şəklində statuslar paylaşaraq, əslində Türkiyənin hazırda yürütdüyü siyasətə qarşı çıxır.

Digər statusunda "könlü uca Ustadım, mübarizən mübarizəmdir" deyərək onun tələbəsi olduğunu bildirir, kürdlərə də tövsiyyə edir ki, S.Nursinin qoyduğu yoldan ayrılmasınlar.
C.Tuzun “Facebook”-da izlədiyi səhifələr arasında “nurçu”luğu təbliğ edən xeyli səhifə var:

İndi “nurçu” olduğunu gizlətməyən, ərəb “sələfi qruplaşmaları” ilə yaxın münasibətləri olan, erməni əsilli Cahit Tuzun Azərbaycan haqqında yazdığı qərəzli statuslara diqqət yetirək.
- "Qardaşlıq soydaşlıqla ya da ailə bağları ilə olmur. Allah insanları İslam dinində qardaş qılıb" cümlələri ilə başlayan statusunda Cahit Tuz guya Bakıda yəhudilərə dəstək aksiyasının keçirilməsi ilə bağlı fotolar paylaşıb.

Azərbaycan mediasında qeyd edilən fotoların saxta olması ilə bağlı dəfələrlə material paylaşıldığı üçün bu mövzuya toxunmuruq. Sadəcə xatırladırıq ki, bu saxta xəbər, ilk dəfə İrandakı erməni əsilli aktivist Ehsan Movahidian tərəfindən yayılıb. Onun Azərbaycana münasibəti isə bəllidir.

2. "Fələstin üçün min gənc" qruplaşmasının “SOCAR Türkiyə” binasının qarşısında keçirdiyi aksiyadan sonra Cahit Tuz Azərbaycana qarşı aqressiyasını bir az da artırıb. Belə ki, o, aksiyadan sonra özünün “X” hesabında 10 status paylaşıb və hamısında da Azərbaycana şəratma, ləkələmə yolunu tutub. Onun "Türkiyə ilə İsrail müharibə apararsa, Azərbaycan kimin tərəfində dayanacaq?!", “Azərbaycan Türkiyənin hərbi sirrlərini İsrailə versə, necə olacaq?!” şəklində sualları diqqət cəlb etməyə bilmir. Çünki bu sualları eynilə Ahmet Akgündüz, Mustafa Doğan kimi Azərbaycana barışmaz mövqe göstərən erməni əsilli şəxslər zaman-zaman ünvanlayıblar.

Onu da qeyd edək ki, həmin günlərdə Cahit Tuzun “Mazlumder”-in SOCAR-a qarşı aksiyasında iştirak edənlərə əziyyət verilməsi ilə bağlı paylaşdığı saxta statusu yenidən paylaşması ilə bunların eyni mərkəzdən idarə olunduğunu təsdiqləmişdir.

3. Bu şəxsin "Haber Global" telekanalının haqlı olaraq hazırladığı “Qəzza bəhanəsiylə SOCAR-a hücum Türkiyə ilə Azərbaycan arasında münasibətlərin korlanması üçündür" başlıqlı reportajına görə hədəfə gətirməsi də yuxarda qeyd etdiyimiz mərkəzlərin ssenarisi ilə hərəkət etdiyinə işarədir.

Yəqin Cahit Tuz düşünür ki, onun haqsız ittihamları qarşısında heç kim Azərbaycanı müdafiə edə bilməz. Əks halda müdafiə edənlər dərhal "radikal","irqçi", "qafatasçı" kimi təqdim olunurlar. Məqsəd isə bəllidir: Türkiyədə Azərbaycanı, Azərbaycanda da Türkiyəni etibarsızlaşdırmaq...
4. Cahit Tuzun statuslarından birindən yazdığı "Əliyev ilə qurulan hərbi münasibətlərdə həssas lahiyələrin İsrail ilə paylaşılıb paylaşılmaması mövzusunda çox da dəqiq bir şey bilmirəm" cümləsi xüsusi diqqətlə yanaşmaq lazım gəlir.
Xatırladaq ki, “nurçu” və anti-Azərbaycan düşüncənin daşıyıcısı, Azərbaycana elə Cahit Tuz qədər nifrət edən Mustafa Doğan (erməni əsillidir-red.) adlı jurnalist də eyni fikirləri səsləndirmişdi: "Türkiyə sahəsində sirr sayıla biləcək hər şeyi Azərbaycandan gizlətməlidir".

Bunlarla eyni düşüncədə olan FETO-çu Ahmet Akgündüz də təxminən eyni sözləri dilə gətirirdi:

5. Zaman-zaman belə əsassız, mənasız ittihamlar səsləndirən "ekspert-tüccar" Cahit Tuz son iki həftədir yenə aktivlik nümayiş etdirir və Azərbaycana qarşı dar düşüncəsinə görə total hücumlar təşkil edir, ölkəmizi bu mənasız hücumlarla gözdən salacağını düşünür. Bəzən təhqirlərə yol verəcək qədər həddini aşan bu qondarma ekspert elə bilir ki, Azərbaycanda hansısa universitetdə "İsrail həftəsinin" keçirilməsinə görə Azərbaycanı ittiham etmək olar.
6. Quba rayonunda “Qırmızı qəsəbə” adlanan ərazisində dağ yəhudilərindən ibarət Azərbaycan vətəndaşlarını yolda saxlayaraq təxribata çəkən "Yolumuz bir" adlı ər-arvad youtuberlərin videosu ilə Azərbaycan haqqında mənfi imic yaratmağa cəhd edən Cahid Tuz həmin yutuberlərin İrəvanda çəkdikləri video haqda danışmır.

Paylaşdığı statuslarda diqqəti çəkən əsas məqam odur ki, bu şəxs "qardaşlıq" qavramının şübhə altına alınmasına çalışır. Hətta, Azərbaycanın Türkiyəyə qarşı cəbhə açdığını, İsraillə əməkdaşlıq etdiyini bildirərək ölkəmizə iftira atan C.Tuz Ermənistanın Fələstin dövlətini rəsmən tanıdığını fərqli prizmadan və xoş xəbər kimi çatdırır.
7. Sonda bir məqamı da qeyd edək ki, Azərbaycanı hər addımbaşı ittiham edən Cahit Tuz Qreta Turnberqə dəstək verir, onu tənqid edən insanların üstünə hücuma keçir. Hətta, onun Fələstinlə bağlı fəaliyyətini "Allahın Əbu Cəhlə Kəbə örtüyü asdırması" ilə müqayisə edir.

Nəticə:
- Özünü müstəqil ekspert kimi təqdim edən Cahit Tuz anti-Azərbaycan şəbəkənin üzvüdür və onun yazdıqları şəbəkənin digər üzvlərinin yazdıqları ilə eynidir.
- Eyni mərkəzdən idarə olunan bu şəxslərin haqqımızda dedikləri tamamilə əsassız və qərəzlidir;
- Etnik kimliyi və ictimai fəaliyyəti olduqca şübhəli olan bu şəxsin əlaqələri əslində onun Azərbaycanla bağlı düşüncələrinə işıq salır.