Axtarış

Select theme:

Azərbaycan əleyhinə fəaliyyət göstərən Mustafa Doğan əslində kimdir?

Uzun müddətdir sosial mediada Azərbaycan əleyhinə davamlı neqativ statuslar paylaşan Mustafa Doğanın son məqaləsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub.

Xalq şairi Sabir Rüstəmxanlının qələmə aldığı “Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...” bu qəbildəndir və S.Rüstəmxanlı yazını “jurnalist etikasına yad olan bu sərsəmləmələri cavabsız qoymaq mümkün deyil” girişi ilə başlayıb.

Faktyoxla Mustafa Doğan adlı bu şəxsin kimliyini araşdırıb.

Məlum oldu ki, Mustafa Doğan əslən Türkiyənin  və uzun müddətdir ki, Hollandiyada yaşayır.

Onun paylaşdığı statusları incələyəndə müəyyən etdik ki, bu şəxs üçün Diyarbəkir yalnız “Ulu camii” məscidi və onun yerləşdiyi “Suriçi” (ermənilər buranı “Xançəpək” adlandırıblar-red.) bölgəsindən ibarətdir. Bu da hər halda səbəbsiz deyil. Mənbələrdə də təsdiqlənir ki, bu məhəllədə yaşayanlar əsasən erməni əsillilər olublar. Diyarbəkir “Ulu camii”sin isə əvvəllər Martomar kilsəsi kimi fəaliyyət göstərdiyi tarixdən məlumdur. Qeyd olunmalıdır ki, “Ulu Camii”nin, əvvəllər assur olması ilə də bağlı müxtəlif iddialar mövcuddur.

Mustafa Doğanın antropoloji xüsusiyyətləri ilə bağlı milliyyəti təyin etmə platformaları üzərindən apardığımız analiz nəticəsində onun mənşəcə daha çox erməni etnik qrupuna bənzəməsi Azərbaycan qarşı fəaliyyətinin haradan qaynaqlandığı ilə bağlı ehtimallarımızı daha da gücləndirdi.

Misal üçün, bu mənbədə M.Doğanın təqdim edilən fotosuna bu cavab alındı:

Mustafa Doğan uzun illərdir Türkiyənin mühafizəkar dərgilərindən sayılan "Gerçek hayat"ın yazarıdır. Bu nəşr 2000-ci ildə jurnalist Hakan Albayrağın baş redaktorluğu ilə çıxmağa başlayıb, 2016-cı ildən isə "Albayrak Media qrupu"nun tərkibinə daxildir.

Türkiyə dövlətinə və onun qurucusu Mustafa Kamal Atatürkə qarşı üsyanlar təşkil etmiş Şeyx Səidi "alim və mücahid" adlandıran, Atatürkün Tuncəli şəhərində ermənilərə və kürdlərə qarşı guya “soyqırımı” törətməsi ilə bağlı saxta fikirləri müdafiə edən Mustafa Doğan “Nurçuluq” təriqətinin əsasını qoyan Səid Nursi haqda ancaq tərif yağdırır, ondan "ustad" deyə bəhs edir, ancaq Ankarada Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edənləri onu "İlahi" elan etməkdə günahlandırır.    

Türk və Türkiyə düşməni olan, sadəcə İslam dini, milli-mənəvi dəyərlər kimi qavramların arxasında gizlənən bu şəxsin yeri gəldi-gəlmədi Azərbaycana “hücum” etməsinin arxasında dayanan əsl səbəblər məlum deyil.

20 yanvar 2024-cü ildə (məhz 20 yanvar günü-red.) bu şəxs Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan haqqında status paylaşıb. Həmin statusda diqqətimizi çəkən bu cümlə əslində Mustafa Doğanın gerçək kimliyini ortaya qoyur:

“Və "iki millət, bir millət" kəlamının qıvrım mətnində məhdudlaşan bu etnik ehtiras ölkənin mədəniyyət quruculuğuna fayda vermir”.

Hətta milli və etnik mənsubiyyəti bir kənara qoysaq belə, bu cümlənin özü Azərbaycanla qardaş və müttəfiq olan Türkiyədə iqtidaryönlü media qrupuna aid bir media qurumunda çalışan şəxs tərəfindən dilə gətirilir. Bu cümləni həm də ona görə xatırladırıq ki, ötən il “Fələstin məsələsi”ni əlində bayraq edib Azərbaycana hücum edən anti-Azərbaycan qüvvələri də aksiyalara belə bir şüarla çıxırdılar: "İki dövlət, tək xəyanət"

Mustafa Doğan "Fələstin üçün min gənc" qruplaşması İstanbulda SOCAR ofisinə hücum təşkil edəndə onların qatı müdafiəçilərindən biri olmuşdu. Sonradan yazdığı statusu silmək məcburiyyətində qalan, bu şəxsin “yazını silməsinə səbəb şərhlərdə yazılan söyüş və təhqirlər olub” bəhanəsi də inandırıcı görünməyib.

Çünki təhqir və söyüşlərə görə statusunu silən biri niyə özünü iki gün sonra yenidən status yazmaq məcburiyyətində hiss etsin və bu statusunda Azərbaycan iqtidarının Qəzzada baş verən hadisələrə ortaq olduğunu desin?! 

Ondan bir gün əvvəl isə sosial mediada ona etiraz edən azərbaycanlıları və türkləri təhdid edəcək qədər özünə arxayın idi: "Biz Türkiyənin vətəndaşı yox, sahibləriyik! Bizə öz ölkəmizi sevməyi öyrədəcək sonuncu insan belə ola bilməzsiniz! Bizə yük olmayın, yetər! Həddinizi bilin!".

O, yazdığı digər statusda Türkiyəni Azərbaycandan ehtiyat etməyə çağırır (Türkiyə Azərbaycanla arasında hər mənada məsafə saxlamalı”) və müdafiə sahəsində sirr sayıla biləcək hər şeyi Azərbaycandan gizlətməyi tövsiyə edir. Statusun sonunda isə “Azərbaycan cəzalandırılmalıdır” sözləri əlavə olunur.

O, Azərbaycanla bağlı yazılarında gah "Azərbaycanın Türkiyənin alternativ güc mərkəzinə çevrilməsini istəməməsi" ilə bağlı ölkəmizə iftiralar yağdırır, gah Azərbaycanın daxili auditoriyasında çaşqınlıq yaratmaq cəhdləri edir, gah da "Avroviziya" mahnı müsabiqəsini bəhanə edib Azərbaycana “hücum edir”. 

Yəni bu şəxsin Azərbaycana səbəbsiz nifrətinin əndazəsi yoxdur. Bu xarakterin adətən hansı etnik kimliyin nümayəndələrinə xas olduğunu ətraflı izah etməyə də ehtiyac görmürük.   

Bu şəxsi araşdırarkən diqqətimizi maraqlı bir məqam çəkdi. M.Doğan 12 aprel 2025-ci il tarixində yazdığı bir statusda İranın "Səhər" telekanalının çəkdiyi bir sənədli filmdən bəhs edir.

Sənədli filmin anti-Azərbaycan mövqedən çəkildiyini nəzərə alıb bu şəxsin niyə məhz İranın təbliğat ruporunun məhsuluna müraciət etdiyini araşdırdıq. Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, M.Doğan “Fars dili və ədəbiyyatı” fakültəsinin məzunudur və mütəmadi olaraq bu dildə olan bədii əsərləri tərcümə edir. Hətta İranda ikən bu ölkədən “gzt.com” üçün yazılar da hazırlayıb.

Son günlərdə Mustafa Doğan yenə Azərbaycana qarşı növbəti təxribat xarakterli statuslar yazmağa başlayıb. İstifadə etdiyi ritorikadan hiss olunur ki, Mustafa Doğanın yazdıqları İrana yaxınlığı ilə bilinən “İlkha” (İlke xəbər agentliyi) və hər zaman ölkəmizə qarşı aqressiyası ilə seçilən "Yeni Akit" qəzetinin bu mövzuda yaydığı xəbərlərin dəst-xətti və tezisləri ilə demək olar ki, eynidir.

Elə İrana və Rusiyaya yaxınlığı ilə seçilən "Aydınlıq" qəzetinin köşə yazarı Mehmet Yuvanın bu mövzuda yazdığı məqalədə hadisəyə oxşar yanaşma bildirilir. Bu yazının "Aydınlıq" qəzeti ilə yanaşı, İranın Almaniyadakı ruporu “rasthaber.com”-da da dərc olunması isə təsadüfi deyil.

Azərbaycana qarşı nifrətini az qala hər gün büruzə verən və adını yazar, jurnalist qoymuş bu şəxsin həm də saxta xəbər istehsalçısı və yayıcısı olduğunu da aşkar etdik. Onun paylaşdığı əksər statuslara (misallar çəkəcəyik-red.) sosial media istifadəçiləri tez-tez etiraz edir, onun feyk videolar və saxta xəbər yaymaqda qınayırlar.

Məsələn, 30 iyul 2025-cü il tarixində Rusiyanın Kamçatka vilayətində baş verən zəlzələ ilə bağlı Mustafa Doğanın paylaşdığı videonun saxta olduğunu görən yaponiyalı Bob adlı istifadəçi bu videonun 28 mart 2025-ci ildə Myammarda baş verən zəlzələdə çəkildiyini yazmışdı.

Videonu azca böyütdükdə yuxarı sağ küncdə “2025 03 28” yazıldığını görmək olur.  Qeyd edək ki, yazılan şərhlərdən sonra Mustafa Doğan məcbur qalıb videonu silib.

2-ci misal. Həmin şəxs İranın xarici işlər naziri Abbas Araqçının Suriyada islamçıların hökmranlıq etməsinin İsrailin Fələstində hökmranlıq etməsindən daha təhlükəli olduğunu yazmış, şərhlərdə bu iddianın yalan olduğunu yazan istifadəçilərə ümumiyyətlə cavab belə verməmişdi.   

Bu da onun yalançı və saxtakar olduğu qədər, həm də əxlaq yoxsulluğundan əziyyət çəkdiyini göstərir. Çünki Araqçının rəsmi sosial media hesablarında belə bir açıqlamaya rast gəlinmir. Bu fakt onu bir daha təsdiqləyir ki, M.Doğanın sosial mediada sadəcə feyk xəbərlər paylaşan troldur.

3-cü misal. 2024-cü ilin oktyabrında M.Doğan Balıkəsir bələdiyyəsi loqo dizaynına görə 430 milyon türk lirəsi ödəndiyini iddia etmişdi. Halbuki yazılan tvitdən üç gün əvvəl Balıkəsir Şəhər Bələdiyyəsi rəsmi açıqlama verərək xəbərin yalan olduğunu bildirib. Qeyd edək ki, şərhlərdə də istifadəçilər bu xəbərin saxta olduğunu yazaraq “fake-xəbər” yayan M.Doğana etiraz ediblər.

4-cü misal. M.Doğan 31 martda Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən sonra bir siyahı paylaşaraq bu şəxslərin vəzifə ilə vidalaşacaqlarını yazmışdı. Onun bu xəbəri də yalan çıxmışdı, çünki siyahıdakı bütün şəxslər hazırda öz vəzifələrini davam etdirirlər. “X” istifadəçiləri də onun yazdıqlarını yalan adlandırmışdılar.  

5-ci misal. Bu şəxsin ümumiyyətlə düşüncəsinə uyğun gəlməyən hər kəsə, bütün dövlətlərə və millətlərə gözünü qırpmadan, rahatlıqla iftira atmağa qadir olduğunu da müşahidə edirik. Məsələn, bu günlərdə "insan alveri sənayesinin mərkəzi sayılan Birləşmiş Ərəb Əmirlikləri" adlı bir yazı paylaşıb və bu yazıda maraqlıdır ki, bu ölkənin LGBTI+ üzvləri üçün bir "cənnət" olduğunu iddia edir. Çox gülməli və təəccüblüdür. Bu şəxs, BƏƏ-ni “LGBTI+ üzvlər i üçün” necə cənnət adlandıra bilər ki, bir halda bu ölkənin hava limanlarından yüzlərlə LGBTI+ nümayəndəsi öz ölkələrinə geri qaytarılır?! Ən azından tailandlı modelyer Raçaya NoppakarronGiggi Gorgeous adlı şəxslərin BƏƏ-yə buraxılmaması ilə bağlı qalmaqalla bağlı yüzlərlə mənbə var.

6-cı misal. Bir neçə gün öncə M.Doğan Sudanda baş verən hadisələr haqqında status paylaşıb. Həmin statusda paylaşılan videoda qaradərili bir gənc kişini diri-diri tabuta qoyulduğu görüntülənib. Araşdırma zamanı məlum olub ki, bu videonun Sudana və müsəlmanlara qarşı dini ayrı-seçkiliyə heç bir aidiyyəti yoxdur. Hadisə 2016-cı ilin noyabrında Cənubi Afrika Respublikasında baş verib və həmin hadisələrə görə CAR-ın iki ağdərili sakini məhkəmə qarşısına çıxarılıb.  

Göründüyü kimi, bu şəxs üçün müqəddəs heç nə yoxdur, o, bir anın içində Afrikadakı insanlar haqda saxta məlumat uydura, gah da “LGBTI+” üzvləri ilə həmrəylik nümayiş etdirə bilər, yetər ki yalan informasiya yaysın, cəmiyyətdə çaşqınlıq yaratsın...

Nəticə olaraq:

- Mustafa Doğanın Azərbaycanla bağlı qərəzi demək olar ki, yazdığı bütün yazı və statuslarda görünür;

- Bu şəxs üçün baş verən bütün hadisələrdə Azərbaycanı günahlandırmağı, Azərbaycanın dövlət rəsmilərini təhqir etməyi artıq ənənə halına gətirib;

- Bütün fəaliyyəti “feyk xəbər”lər paylaşmaq olan bu “jurnalist”, cəmiyyətdə çaşqınlıq yaratmaq, xaos və anarxiya yaymaqda maraqlıdır;

- Etnik baxımdan erməni olduğunu ehtimal etdiyimiz M.Doğanın Türkiyə iqtidarına yaxınlığı ilə tanınan "Albayrak" media qrupuna bağlı “Gerçek hayat” dərgisində hələ də yazılar yazması isə təəccüblüdür.

 

 

 

 

Oxşar məqalələr: