Axtarış

Select theme:

İsrailli sabiq generalın rus-erməni oliqarx şəbəkəsinə cəlb olunma səbəbləri

Ermənistan Milli Məclisinin vitse-spikeri, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasından olan parlament üzvü Ruben Rubinyan feysbuk platformasındakı profilində canlı yayım açaraq sensasiya sayıla biləcək açıqlama verib. O, bildirib ki, rusiyalı oliqarx Samvel Karapetyan (söhbət bu ölkədə qarşıdan gələn seçkilərdə baş nazirliyə namizəd olan müxalifətçi Samvel Karapetyandan gedir-red.) bir İsrail generalını öz komandasına cəlb etdiyini açıq bildirib: “Əslində, onlar başqa bir ölkədən bir general gətiriblər və onunla Ermənistandakı siyasi arenaya soxulmağa çalışırlar. Şübhələnirəm ki, o, sonradan müdafiə naziri vəzifəsinə, yəni Samvel Karapetyanın hökumətində nazir vəzifəsinə iddialı ola bilər. O, rus oliqarxıdır. "Vətəndaş Müqaviləsi" partiyası onu daim rusiyapərəst olmaqda, Putinin əmrlərini yerinə yetirməkdə və sair ittiham edir”, - deyən R.Rubinyanın sözlərindən belə çıxır ki, onlarda israilli generalın Ermənistan vətəndaşı olmaması deyil, daha çox ümumiyyətlə erməni xalqını təmsil etməməsi hiddət doğurur.

“Daha doğrusu, yəhudidir, israillidir və seçki ərəfəsində Ermənistan müxalifətini təmsil edən bloka qoşulur. Bu ağılsızlıqdır, “təkər üstündə dəlixana”dır. Ümumiyyətlə onlar üçün heç bir fərqi yoxdur. Samvel Karapetyan da Ermənistan vətəndaşı deyil. Amma onlar vətəndaşlığı olmayan şəxsi Ermənistan Baş naziri postuna namizədliyini irəli sürürlər. Samvel Karapetyan və komandası üçün nə problem var ki? Onlar başqa ölkənin vətəndaşını müdafiə naziri də təyin edərlər. Bu absurdu anlayırsınız?” -deyən vitse-spiker futbol menecerliyi ilə bağlı analogiya gətirib: “Onların beynində təxminən belə bir situasiya yaranıb. Belə düşünürlər ki, istədikləri futbolçuya külli miqdarda pul verib, misal üçün, Mahaçkalanın “Anji” futbol klubundan oyunçu gətirib oynada bilərlər”.   

Faktyoxla R.Rubinyanın bu müraciətindən sonra söhbətin kimdən getdiyini dəqiqləşdirmək üçün araşdırma aparıb.

Haqqin.az və digər yerli mənbələrin verdiyi məlumata görə, söhbət Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" (Strong Armenia) birliyinin 18 mart 2026-cı il tarixdə təşkil etdiyi "Güclü Sülh" (Strong Peace) təhlükəsizlik proqramının təqdimatında çıxış edən israilli general Tsvika Haymoviçdən gedir.

"Güclü Sülh" proqramı?

18 mart 2026-cı il tarixində İrəvanda milyarder Samvel Karapetyanın (Rusiyada fəaliyyət göstərən "Tashir" şirkətlər qrupunun rəhbəri) lideri olduğu "Güclü Ermənistan" partiyasının təhlükəsizlik komandasının hazırladığı yeni “Güclü Sülh" proqramının təqdimatı olub. S.Karapetyanın partiyasının təhlükəsizlik xidmətinin rəhbəri, müharibə iştirakçısı, adı müxtəlif qalmaqallarda hallanan Artur Avanesyan həmin tədbirdə partiyanın milli təhlükəsizlik konsepsiyasını təqdim edib.

Proqramın təklif etdiyi 6 əsas prinsip bunlardır:

  • "Ağıllı sərhəd" sistemi (süni intellekt və sensorlarla təchiz olunmuş sərhəd).
  • Erkən xəbərdarlıq üçün güclü kəşfiyyat şəbəkəsi.
  • Vahid idarəetmə sistemi (hava, yer və informasiya sahəsi).
  • Milli hərbi-sənaye kompleksinin (HAK) yaradılması.
  • Hava hücumundan müdafiə (HHM) və dron ovçularının prioritetləşdirilməsi.
  • Hərbçi peşəsinin nüfuzunun bərpası.

 168.am saytının “Youtube” kanalında yayımlanan “İsrail generalı Tsvika Haymoviç Samvel Karapetyanın təhlükəsizlik bölməsində” başlıqlı video-çarxda S.Karapetyanın süni intellektlə hazırlanmış videosu və çıxışından sonra səhnəyə İsrailli generalın çıxdığı görünür.

Tsvika Haymoviç çıxışında erməni dilində danışa bilmədiyi üçün iştirakçılardan üzr istəyib, lakin yaxın gələcəkdə bu çatışmazlığı aradan qaldıracağını bildirib. Çıxışı haqqında bunları söyləmək olar ki, o, sanki uzun illər Ermənistanda yaşayan biri kimi çıxış edib və tez-tez “biz onu edəcəyik, bunu edəcəyik” sözlərini işlədib. O, “biz”, “bizim ordu”, “bizim nailiyyətlər”, “bizim müdafiə sistemimiz”,  “biz yeni texnologiyaları bizim ordu üçün edəcəyik” və s. ifadələrindən hədsiz çox istifadə edib və cümlələrinə görə auditoriyadan gur alqışlar qazanıb.

Haymoviç çıxışında bir neçə mətləbə aydınlıq gətirib. O, Ermənistanın HHM sisteminin niyə işləmədiyini və yeni "hava qalxanı"nın necə qurulmalı olduğunu izah edib. “Mən 30 il hərbi qulluqdayam və sizin torpaqları necə qorumaq lazım olduğunu bilirəm”-deyərək Ermənistanın yeni HHM modelini təqdim edib.

O vurğulayıb ki, müdafiə sistemi həm də hücum edən tərəfi ağır itkilərlə hədələməlidir. "Mənim məqsədim istənilən təcavüzün qiymətini düşmən üçün qəbulolunmaz edəcək sistem yaratmaqdır. Biz sensorları, intellekti və atəş gücünü vahid yumruqda birləşdiririk."

Haymoviç bu təhlükəsizlik siyasətinin (Karapetyanın “yeni sərhəd” konsepsiyası”) onlar üçün kompas olduğunu bildirib: “biz bu komanda ilə bir neçə aydır işləyirik ki, bu fəaliyyəti seçkidən sonra həyata keçirmək mümkün olsun”.

 Hər iki müharibənin iştirakçısı, diversant, terrorçu Artur Avanesyan çıxışında 2020-ci il müharibəsindən sonra Ermənistanın düşdüyü vəziyyəti təsvir edib. O, ordunun bərpasının artıq "dövlət işi deyil, milli sağqalma məsələsi" olduğunu deyib.

Ekranda Qarabağdan gələn zabitlərin (separatçıların köhnə kadrları) siyahısı və proqramın maliyyə təminatı (Karapetyan tərəfindən) barədə slaydlar göstərilib. Əsas vurğu isə bu komandanın Rusiyanın dəstəyi və İsrail texnologiyası ilə "yeni Ermənistan" quracağının elanı üzərində olub.

 Hərbi-siyasi simbioz: Qarabağ “veteranı” (Avanesyan) kütləni və hərbi bazanı təmsil edir, İsrail generalı (Haymoviç) texnoloji beyni, Karapetyan isə bu birliyin "maliyyə dəstəyini" təmin edir

Bu fəaliyyətdə üçüncü qüvvənin rolu: Təqdimatın tərzi və Karapetyanın iştirakı videonun birbaşa Moskvanın dəstəyi ilə hazırlandığını və Paşinyana qarşı "alternativ güclənmə" nümayişi olduğunu göstərir.

Beləliklə, bu 7 dəqiqəlik video, Ermənistanı gələcəkdə idarə edəcək "Hərbi Xunta", yoxsa ( və ya) "Texnokratik Keçid Hökuməti" haqda ümumi təsəvvürlər yaradacaq unikal təqdimatdır: Pul Rusiyadan, beyin İsraildən, "əl" (icraçı) isə “Qarabağ klanı”ndan gəlir.

İndi isə tədbirdə iştirak edən general Tsvika Haymoviç haqqında əldə etdiyimiz məlumatları və ümumiyyətlə israilli hərbçinin Rusiya-erməni oliqarx şəbəkəsinə cəlb olunma ehtimallarını təqdim edirik.

Dosye. Tsvika Haymoviç

Briqada generalı (ehtiyatda) Tsvika Haymoviç (Zvika Haimovich) həqiqətən də müasir hava hücumundan müdafiə (HHM) sahəsində dünyanın ən təcrübəli mütəxəssislərindən biri hesab olunur. Onun karyerası İsrailin raket əleyhinə müdafiə sisteminin qurulması və təkmilləşdirilməsi ilə birbaşa bağlıdır.

Hərbi Karyerası

  • Hava Hücumundan Müdafiə Qoşunlarının Komandanı (2015–2018): Haymoviç İsrail Hərbi Hava Qüvvələrinin HHM bölməsinə rəhbərlik edib. Onun komandanlığı dövründə İsrailin çoxlaylı müdafiə sistemi (“Iron Dome”, “David’s Sling” və “Arrow”) tam operativ vəziyyətə gətirilib.
  • Sistemlərin inteqrasiyası: O, dünyada ilk dəfə olaraq müxtəlif mənzilli raket əleyhinə sistemlərin bir mərkəzdən idarə olunan inteqrasiya edilmiş şəbəkəsinin qurulmasına rəhbərlik edib.
  • Döyüş təcrübəsi: 2012-ci ildə "Bulud Sütunu" (Pillar of Defense) və 2014-cü ildə "Qoruyucu Sərhəd" (Protective Edge) əməliyyatları zamanı HHM qanadının komandiri olub. Bu dövrlərdə "Dəmir Qübbə" (Iron Dome) sisteminin effektivliyi dünyaya sübut edilib.

Əsas idarə etdiyi sistemlər

  • Iron Dome (Dəmir Qübbə): Qısa mənzilli raketlərə qarşı (4–70 km) kompleks müdafiə sistemidir. Haymoviç bu sistemin həm quruda, həm də dəniz variantının (C-Dome) sınaqlarına rəhbərlik edib.
  • David’s Sling (Davudun sapandı): Orta və uzaq mənzilli raketlərə, həmçinin qanadlı raketlərə qarşı (40–300 km) kompleks müdafiə sistemidir.
  • Arrow-2Arrow-3: Atmosferdən kənarda ballistik raketləri məhv etmək üçün nəzərdə tutulmuş strateji sistemlər kompleksidir.

Cari fəaliyyəti 

  • Althimis şirkətində rəhbərlik: 2026-cı ilin mart ayında yayılan məlumatlara görə, Haymoviç pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə texnologiyalarını inkişaf etdirən “Althimis adlı müdafiə texnologiyaları startapı olan "Counter-UAS" (PUA əleyhinə sistemlər) bölməsinin rəhbəri kimi qoşulub.
  • Strateji məsləhətçi: O, hal-hazırda bir neçə qlobal müdafiə və kiber-təhlükəsizlik şirkətinə məsləhətçilik edir.

Məlumatın həqiqiliyinin yoxlanması:

General Haymoviç 2026-cı ilin mart ayında "Armenia TV" və "Zham" nəşrinə verdiyi müsahibələrdə Ermənistanda olduğunu və yeni hərbi konsepsiya üzərində işlədiyini rəsmən təsdiqləyib. Sitat: "Mən bura strateji rəhbərlik etmək, vəziyyəti təhlil etmək və Ermənistanın gələcəyi üçün yeni yanaşmalar, modellər qurmaq üçün gəlmişəm. Hava hücumundan müdafiə (HHM) Ermənistan üçün ölüm-dirim məsələsidir."

Ermənistandan reaksiyalar

Ermənistanın rəsmi hökumət nümayəndələri (məsələn, parlamentin vitse-spikeri Ruben Rubinyan) Haymoviçin gəlişini tənqid edib, bunu "xarici hərbi fiqurun Ermənistan siyasətinə yeridilməsi" kimi qiymətləndiriblər.

İddia olunur ki, müxalifət (Samvel Karapetyan qrupu) Haymoviçi gələcək Ermənistan hökumətində Müdafiə Naziri postuna namizəd kimi görür.

Tsvika Haymoviç Ermənistana sadəcə məsləhətçi kimi deyil, ordunun texnoloji arxitekturasını tamamilə dəyişəcək bir "sistem inteqratoru" kimi gəlib.

Haymoviçin Ermənistana təklif etdiyi konkret silah sistemləri və texniki detallar

1. MR-SAM (Medium Range Surface-to-Air Missile)

Bu sistem Ermənistanın yeni HHM "onurğa sütunu" hesab olunur.

  • Texnologiya: İsrailin “Barak-8” sisteminin Hindistan variantıdır. Haymoviç bu sistemin İsraildəki ilkin versiyalarının komandanı olub.
  • İmkanları: 70 km mənzilə malikdir və eyni anda bir neçə hədəfi (qırıcılar, PUA-lar, qanadlı raketlər) vura bilir.
  • Haymoviçin rolu: O, bu raketlərin Ermənistanın dağlıq relyefində ən effektiv şəkildə necə yerləşdirilməsini və digər radar sistemləri ilə necə sinxronizasiya olunmasını təşkil edəcək.

2. “Akash-NG” (New Generation)

Ermənistanın Hindistandan aldığı digər bir mühüm sistemdir.

  • Xüsusiyyəti: Bu sistem xüsusilə sürətli manevr edən hədəflərə və eyni zamanda hücum edən bir neçə PUA-ya ("swarming drones") qarşı effektivdir.
  • İnteqrasiya: Haymoviç İsrailin "Iron Dome" (Dəmir Qübbə) təcrübəsini tətbiq edərək, bu sistemlərin bir mərkəzdən idarə olunduğu rəqəmsal komanda məntəqəsi yaradır.

3. "Digital Sky" (Rəqəmsal Səma) modeli

Ermənistandakı ən böyük yenilik silahların özü deyil, onların idarə olunma üsuludur. Haymoviç aşağıdakı texniki həlləri gətirir:

  • Sensor Fusion (Sensor Birləşməsi): Müxtəlif radarlardan (Fransanın “Thales GM200 radarları və Hindistan radarları) gələn məlumatların vahid bir ekranda birləşdirilməsi. Bu, hədəfin (məsələn, bir dronun) "görünməz" qalma ehtimalını minimuma endirir.
  • Hibrid Şəbəkə: Rusiya istehsalı olan köhnə S-300 radarlarının Qərb/Hindistan sistemləri ilə "əlaqələnməsini" təmin edən xüsusi proqram təminatı interfeyslərinin qurulması.   

Rusiya yönümlü komanda İsrail generalını necə cəlb edib?

Bu sualın cavabı ideologiyada deyil, praqmatizm və böyük pullardadır. Bir-birinə zidd görünən bu qrupların birləşməsinin 2 əsas səbəbi var: 

a) Samvel Karapetyanın Maliyyə Gücü

Samvel Karapetyan Rusiyanın ən zəngin adamlarından biridir ("Tashir Group"). Onun üçün Tsvika Haymoviç kimi istefada olan bir generalı cəlb etmək sadəcə bir maliyyə layihəsidir. İsrailli generallar təqaüdə çıxdıqdan sonra çox vaxt özəl hərbi məsləhətçi (consultant) kimi çalışırlar. Karapetyan Haymoviçə elə bir büdcə və maaş təklif edib ki, bu, hər hansı dövlət maaşından qat-qat üstündür.

b) Rusiyanın "sakit razılığı"

Bir çox analitiklər hesab edir ki, Rusiyaya bağlı olan Karapetyan belə bir addımı Kremlin rəsmi və ya qeyri-rəsmi icazəsi olmadan ata bilməzdi. Rusiya anlayır ki, onun öz HHM sistemləri (S-300, Tor) Azərbaycana qarşı effektli olmadı. Ermənistan ordusunun tamamilə sıradan çıxmaması üçün Moskvanın "İsrail beyni"nə (amma Rusiya tərəfindən idarə olunan oliqarxın nəzarətində) ehtiyacı var. Bu, bir növ "Rusiyanın maraqları üçün İsrail texnologiyasından istifadə" modelidir.

Yəhudi general "verbovka" edilib?

"Verbovka" (ələalma) termini burada bir qədər fərqli işləyir. Kəşfiyyat tarixində buna "Commercial Exploitation" (Pullu istismar) deyilir. Haymoviçin "siyasi proseslərə cəlb olunma" iddiası da bir qədər mübahisəlidir.

Niyə gəlib?

Haymoviç kimi yüksək rütbəli israilli generalların xarici kəşfiyyat tərəfindən klassik mənada (təhdid və ya ideologiya ilə) ələ alınması az ehtimal olunur. Lakin Karapetyanın təklif etdiyi astronomik maaşlar və "özəl hərbi podratçı" statusu onu bu layihəyə cəlb edib.

Ermənistanın HHM Sisteminin “modernləşdirilməsi” Türkiyəyə qarşı istifadə edilə bilərmi?

Belə bir ehtimal mümkündür. Rusiyameyilli şəxslərin dəvəti ilə Ermənistanda yeni HHM sistemi quracağını iddia edən T.Haymoviçlə bağlı gediş NATO ölkəsi olan Türkiyəyə qarşı istifadə edilə bilər. Generel Haymobiçin İsraildən olması onun İsrail dövlətini təmsil etməsi anlamına gəlməməlidir. Rusiya bu yolla “false flag” (saxta bayraq) əməliyyatı keçirək bu iki dövlət arasında xoş olmayan münasibətləri daha da gərginləşdirməyə çalışa bilər.

Qeyd edək ki, Artur Avanesyanın "Güclü Ermənistan" partiyası üçün hazırladığı "Ağıllı Sərhəd" (Smart Border) konsepsiyası, sadəcə texnoloji yenilik deyil, həm də Ermənistanın müdafiə sistemini yenidən Rusiya kəşfiyyat standartlarına qaytarmaq cəhdidir.

Bu sistemin texniki detallarında Rusiya kəşfiyyatının (xüsusilə FSB Sərhəd QoşunlarıQRU) "dəsti-xətti" aşağıdakı məqamlarda özünü büruzə verir:

1. Vahid inteqrasiya edilmiş monitorinq şəbəkəsi

 Avanesyanın təklif etdiyi sistem, sərhədin hər bir metrini sensorlar, seysmik ötürücülər və termal kameralarla əhatə etməyi nəzərdə tutur.

  • Rusiya İzi: Bu texnologiya Rusiyanın öz sərhədlərində və keçmiş SSRİ məkanındakı hərbi bazalarında tətbiq etdiyi "Rubej""Qardina" tipli avtomatlaşdırılmış nəzarət sistemlərinin analoqudur. Məqsəd insan amilini minimuma endirib, bütün məlumatı mərkəzi bir "situasiya mərkəzi"nə ötürməkdir.

2. Kəşfiyyat dronları

Kandazın proqramında sərhəd təhlükəsizliyi təkcə müdafiə deyil, həm də "aktiv kəşfiyyat" üzərində qurulub.

  • Texniki Detal: Sərhəd boyu yerləşdirilən kiçik həcmli, səssiz və süni intellektlə işləyən kəşfiyyat dronları. Bu dronlar hədəfi avtomatik tanıma (Object Recognition) funksiyasına malikdir.
  • Əlaqə: Bu sahədə Rusiyanın "Orlan-10" və ya son nəsil kəşfiyyat dronlarının proqram təminatından istifadə edilməsi planlaşdırılır. Avanesyanın kəşfiyyatçı keçmişi bu cihazların birbaşa "əməliyyat kəşfiyyatı" üçün dizayn edilməsini tələb edir.

3. Elektron müharibə (EW) və "Görünməz sərhəd"

Avanesyan "Ağıllı Sərhəd"i həm də düşmənin dronlarını və rabitəsini kəsən siqnal boğucularla təchiz etməyi təklif edir.

  • Rusiya məktəbi: Rusiya dünyada elektron müharibə (EW/REB) sistemlərində liderlərdən biridir. Avanesyanın proqramında yer alan "dron ovçuları" (“Drone Hunters”) və lokal siqnal kəsicilər birbaşa Rusiyanın "Pole-21" və ya "Silok" sistemlərinin mini-versiyaları ilə eynilik təşkil edir.

4. İnformasiya təhlükəsizliyi və Rusiya serverləri

Sistemin ən kritik və "şübhəli" tərəfi məlumatların harada toplanacağıdır. Paşinyan hökuməti sərhəd nəzarətini Qərb (məsələn, ABŞ-ın EXBS proqramı) texnologiyaları ilə rəqəmsallaşdırmağa çalışdığı bir vaxtda, Avanesyanın təklif etdiyi sistemin arxasında Samvel Karapetyanın maliyyəsi və Rusiyanın texnoloji dəstəyi dayanır. Bu isə o deməkdir ki, Ermənistan sərhədindən keçən hər bir vizual və rəqəmsal məlumat birbaşa Rusiya kəşfiyyatının (FSB) serverlərinə çıxış əldə edə bilər.

Nəticə:

Beləliklə "Karapetyan-Avanesyan-Haymoviç" şəbəkəsi çevrəsi sadəcə hərbi deyil, həm də ciddi bir maliyyə və nüfuz mərkəzi kimi çıxış edir. Şəbəkənin əsas fiquru olan Karapetyan uzun müddət hərbi elitanın "maliyyəçisi" və siyasi dayağı rolunu oynayıb. Onun Rusiyadakı erməni biznes diasporası ilə sıx əlaqələri (xüsusilə tikinti və yanacaq sektoru) var və hərbi xunta”ya (keçmiş rəhbərlik) ilə birbaşa bağlı olub və ordudakı kəşfiyyat resurslarını şəxsi və siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edilib (məsələn, 1 mart 2008-ci il hadisələri).

Zəncirin digər halqası Haymoviç şəbəkənin daha çox texniki və xarici əlaqələr blokunu təmsil edir. Ehtimal olunur ki, bu halqa diversiya qruplarının texniki təchizatı, xarici kəşfiyyat texnologiyalarına çıxış və məlumat sızmalarının idarə olunmasına cavabdehdir. Bu qruplar Ermənistan daxilində "milli qəhrəman" obrazı yaradaraq ictimai rəyi manipulyasiya edir və hərbi büdcədən kənar fondların toplanmasını təmin edirlər.

Bu şəbəkənin fəaliyyəti göstərir ki, onlar standart ordu iyerarxiyasından kənarda, daha çox klan tipli güc formasında fəaliyyət göstərirlər. Avanesyanın mətbuata verdiyi "əfsanəvi" müsahibələr (məsələn, "məni kəndə rəhbər seçərdilər" zarafatı) əslində Azərbaycan daxilində psixoloji təzyiq yaratmaq və erməni auditoriyasını konsolidasiya etmək məqsədi daşıyır.

 

Oxşar məqalələr: