Axtarış

Select theme:

Əfqanıstan-Pakistan sərhədi boyunca ən azı 274 Taliban yaraqlısı öldürülüb

Pakistan və Əfqanıstan arasında yaşanan gərginliyin ilk günündə Pakistanın gördüyü cavab tədbirləri nəticəsində Əfqanıstan sərhədi boyunca ən azı 274 Taliban yaraqlısının öldürülüb. Bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-leytenant Əhməd Şərif Çaudri bildirib. O, əlavə edib ki, bütün hücumlar effektiv şəkildə dəf edilib.

Medianın verdiyi məlumata əsasən, Əfqanıstan hökumət qüvvələri Xost əyalətinin sərhəd bölgələrində Pakistan ordusunun mövqelərinə qarşı yeni hücum dalğasına başlayıb. Mənbənin məlumatına görə, Əfqanıstan qüvvələri Xost əyalətinin Əlişir və Trezay rayonlarında, eləcə də Zazi Maydan rayonlarında təmas xətti boyunca Pakistanın nəzarət məntəqələrinə bir sıra cavab zərbələri endirib. Tələfat barədə məlumat verilməyib.

Faktyoxla mövzunu araşdırıb.

Pakistan ordusu, fevralın sonlarında Əfqanıstanın paytaxtı Kabil daxil olmaqla bir neçə əyalətinə (Qəndəhar, Paktika, Xost və s.) endirilən hava zərbələri və davam edən sərhəd toqquşmaları nəticəsində 274 Taliban döyüşçüsünün öldürüldüyünü iddia edib. Faktı aljazeera, kabulnow,  turkish.cgtn, military.com və digər tanınmış media təmsilçiləri tədiqləyiblər.

Bununla belə itkilərlə bağlı ziddiyyətli iddialar da səslənib. Nüfuzlu military.com-dan Robert Billard yazır ki, Pakistan rəsmiləri zərbələrin Əfqanıstanın 22 hərbi obyektinə dəydiyini, 83 Taliban postunun məhv edildiyini və 17 nəfərin əsir götürüldüyünü bildiriblər. Onlar 274 Taliban döyüşçüsünün öldürüldüyünü və 400-dən çoxunun yaralandığını, 80-dən çox nəqliyyat vasitəsinin və ağır texnikanın itirildiyini bildiriblər (Məlumatı “Radio Pakistan” Pakistanın MN-nin Baş Qərargahının hərbi sözçüsü general-leytenant Əhməd Şərif Çaudriyə istinadən açıqlayıb). Lakin “Reuters”-in və “Əl-Cəzirə”-nin Taliban sözçüsü Zəbihullah Mücahidə istinadən verdikləri məlumata görə, Pakistan əvvəlki sərhəd toqquşmalarında öz əsgərlərindən 12-sinin öldüyünü, 27-sinin yaralandığını və birinin itkin düşdüyünü etiraf edib. Taliban bu rəqəmləri mübahisələndirərək, qüvvələrinin ilkin hücumda 55 Pakistan əsgərini öldürdüyünü, 19 Pakistan postunu ələ keçirdiyini və ya məhv etdiyini və özlərinin az itki verdiyini iddia edib.  

Pakistan bu əməliyyatı ("Operation Ghazab lil-Haq") öz ərazisindəki terror hücumlarına və sərhəddəki "təhrikedici atəşə" cavab olaraq başlatdığını bildirib. Münaqişə tərəfləri arasında gərginlik artaraq artıq bəzi rəsmi şəxslər tərəfindən "açıq müharibə" kimi xarakterizə olunur. theguardian

Bununla belə, BMT və yerli mənbələr 13-dən 18-ə qədər mülki şəxsin də atışmalar zamanı həlak olduğunu bildirirlər. 

Beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı, hər iki tərəfi de-eskallasiyaya və məsələni dialoq yolu ilə həll etməyə çağırıb. 

Onu da qeyd edək ki, Pakistan rəsmiləri Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların öz sərhədləri daxilindəki hücumların arxasında olduğunu bildirir. Bu da iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.

Bəzi ekspertlərin qənaətinə görə, münaqişə sadəcə məhdud regional gərginlik deyil, daha geniş qlobal prosesin bir parçasıdır. Hətta analitiklərdən bəziləri hadisələrdə Hindistan və digər aktorların da gizli iştirakının mümkünlüyünü iddia edirlər.

BBC-nin şərhinə görə, hadisələrin kökü ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çıxmasından əvvəl, yəni Kabildəki keçmiş hökumətin İslamabadı Taliban hücumlarına kömək etməkdə günahlandırmasına kimi gedib çıxır.

Pakistanın “PTV News” xəbər agentliyinin məlumata görə, nüvə silahlı Pakistanın yoxsul qərb qonşusu Əfqanıstana qarşı hərbi hücumu "Əfqan Taliban rejiminin əsas hərbi obyektlərinin" məhv edilməsi ilə başlayıb. Bir neçə dəqiqə sonra Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif sosial mediada münaqişənin başqa bir tərəfinə diqqət çəkib:  "Taliban Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirdi. Onlar dünyanın bütün terrorçularını Əfqanıstanda topladılar və terrorizmi ixrac etməyə başladılar", - deyə Asif bildirib

Göründüyü kimi,

- “Pakistanın gördüyü cavab tədbirləri nəticəsində Əfqanıstan sərhədi boyunca ən azı 274 Taliban yaraqlısının öldürülüb” faktı əksər nüfuzlu media qurumları tərəfindən təsdiqini tapır;

- Əfqanıstan faktları təkzib edərək itgilərinin xeyli az olduğunu bildirir;

- Bəzi ekspertlərin qənaətinə görə, münaqişə sadəcə məhdud regional gərginlik deyil, daha geniş qlobal prosesin bir parçasıdır. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin sosial mediada diqqətləri Hindistanın üstünə çəkməsi də, prosesin həqiqətən mürəkkəb bir situasiya olduğunu göstərir;

-Həmçinin, Əfqanıstan höküməti sözçüsünün iki ölkə arasında davam edən münaqişəni həll etmək üçün Pakistanla dialoqa hazır olduğunu deməsi onu göstərir ki, Əfqanıstan onu prosesə sürükləyən qüvvələrdən yetərincə dəstək ala bilməyib.  

Oxşar məqalələr: