Axtarış

Select theme:

Azərbaycan əleyhinə paylaşımlar edən türk ad-soyadlı növbəti təxribatçını aşkar etdik

Son günlərdə Azərbaycan əleyhinə qərəzli yazı və statuslarla çıxış edən profillərdən daha biri “Doğukan” adlı hesab olub. Bu profil, Azərbaycan və Dövlətimizin Ali rəhbərliyi haqda hədyanlar yazıb, tutarlı və əsaslı cavab yazan müəllifləri isə bloklamağı ilə tanınıb.

Məsələn, o, yazdığı statusda Azərbaycanı başqa bir dövlətin “köləsi”, digər statusunda isə Azərbaycanı “qəbilə dövləti” adlandırıb.

Araşdırmalarımız zamanı bəlli oldu ki, adını çəkdiyimiz hesab daha əvvəllər də Azərbaycanla bağlı qərəzli statuslar paylaşıb. Belə ki, o, Azərbaycanı və digər Türk dövlətlərini “rus təsiri altında olan ölkələr” adlandırmış, “Türk birliyi”nə dəfələrlə ironiya ilə yanaşmışdır.

“Turan birliyi, Türk birliyi, hamısı yalandır, hamısı seçki materialıdır. Unutmayın, hətta Azərbaycan belə Türkiyənin dostu deyil! Azərbaycanın əsl dostu İsraildir”- deyən “Doğukan” adlı hesab son günlər sadəcə Azərbaycanla bağlı qərəzli statuslar paylaşmır, eyni zamanda Azərbaycanla bağlı müsbət fikir bildirənləri mobbinqə məruz qoyur.  Məsələn, o, “Mete Aksoy” adlı istifadəçinin statusunun altından “Azərbaycanı müdafiə edən hər kəs ya axmaqdır, ya da xaindir. Onlar İsrail agentidir.” – deyə bir şərh yazıb.

Ya da “Kagan” adlı istifadəçinin Azərbaycana dəstək nümayiş etdirən statusunun altında yenə ölkəmizə qarşı təhqiramiz ifadələr işlədib və bütün Türkiyə vətəndaşlarını eyni ifadələrdən istifadə etməyə çağırıb.

Faktyoxla bu şəxsin kimliyini araşdırıb.  

Bu hesabın informasiya bölməsində yazılan “guide” (turist bələdçisi), “Doğukan” və “Kapadokya” sözlərini axtarışa verdiyimiz zaman “turist bələdçisi Doğukan Açıkbaş” cümlələri ilə başlayan elan aşkar etdik. Həmin linkdə “Tripadvisor” beynəlxalq turizm platformasında “Doğukan Açıkbaş” adlı turist bələdçisinin elanı verilib.

“Doğukan Açıkbaş” termini ilə ilk olaraq “Guidedogukan” “Instagram” səhifəsini aşkar etdik.

Bu səhifədə paylaşılan fotolardan birinin “guidedogukan” adlı “X” hesabının profil şəkli ilə eyni olduğunu aşkarladıq.  

Araşdırma nəticəsində bu şəxsin əslən Bingölün Gənc rayonundan olduğunu müəyyən etdik.

"Bingöl”, “Genç”, “Açıkbaş" açar sözlərini axtarışa verdiyimiz zaman qarşımıza "trthaber" saytında yayımlanan bir xəbər çıxdı. Xəbərdə təxminən bir əsr əvvəl Bingöldən köçən ailənin Mardində bayram münasibətilə bir araya gəldiyi bildirilib, Bingöl Seyfan dərnəyinin sədri kimi isə Orhan Açıkbaşın (Doğukan Açıkbaşın yaxın qohumudur-red.) adı qeyd olunub.

Bundan başqa, xəbərdə adı keçən "Seyfan kəndi"ni axtarışa verdikdə "Bingölonline" xəbər portalında 2014-cü ildə dərc olunan "Seyfanlılar dərnək qurub" başlıqlı məqalə tapdıq. Məqalədə yazılıb ki, kəndin indiki adı "Koçsırtı" olaraq dəyişdirilib.

Bingölün Genç rayonunda yerləşən Koçsırtı kəndi haqqında Nişanyanın “yer adları” saytı- nisanyanyeradlari qeyd olunub ki, kəndin adı orta əsr mənbələrində "Dignasor", 1928-ci ilə aid olan sənədlərdə isə "Dinasor" kimi keçir. Nişanyan qeyd edir ki, kənd erməki kəndi olub. “Vikipediya”da hər iki kəlimənin erməni dilində olduğu qeyd edilib.

Bir məqamı da qeyd etməliyik ki, yuxarıda adı çəkdiyimiz Orhan Açıkbaş 2025–ci ilə, yəni vəfat etdiyi günə qədər İrana yaxınlığı ilə bilinən “Hüda-Par”-ın (Hür Dava Partiyası) Bingöl şəhərinin sədri olub.

Göründüyü kimi,

- “X” sosial şəbəkəsində Azərbaycan əleyhinə paylaşımlar edən “Doğukan” adlı hesabı Türkiyənin Kapodokya bölgəsində turist bələdçisi kimi çalışan Doğukan Açıkbaş tərəfindən idarə olunur;

- Bu şəxs əslən Bingölün Gənc rayonunun Seyfan kəndindəndir. Bu kəndin adı tarixi mənbələrdə "Dignasor", 1928-ci ilə aid olan sənədlərdə isə "Dinasor" kimi keçir. Nişanyanın “Yurd yerləri” adlı saytında bu kəndin erməni kəndi olduğu qeyd edilib;

- Onun yaxın qohumu Orhan Açıkbaş isə vəfat etdiyi günə kimi İrana yaxınlığı ilə bilinən “Hüda-Par Partiyası”nın Bingöl şəhər təşkilatının sədri olub.

Oxşar məqalələr: